Yeni tədris ili üzrə 60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

Yeni tədris ili üzrə 60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib
12.08.2025 13:59 Elm və Təhsil

Yeni tədris ili üzrə 60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.

"İndiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Prosesə iyulun 8-də start verilib, sentyabrın 30-na qədər davam edəcək", - məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər