Qırğızıstanda Azərbaycan dili dərsi keçiriləcək

Qırğızıstanda Azərbaycan dili dərsi keçiriləcək
22.08.2025 10:48 Elm və Təhsil

Qırğız Respublikasında Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilib.

Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.

Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğız Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

Namizəd üçün tələb olunan meyarlar:

- müvafiq ixtisas üzrə ali pedaqoji təhsil; 

- MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj;

- multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları;

- xarici dil bilikləri (rus və ya qırğız dili).

Tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;

- ali təhsil haqqında diplomun surəti;

- tərcümeyi-hal (CV);

- əmək kitabçasının surəti (əgər varsa);

- tövsiyə məktubu (əgər varsa);

- motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən).

Müsabiqə üzrə mərhələlər:

- I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması;

- II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı);

- ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi.

Əmək müqaviləsinin müddəti:

- 1 (bir) tədris ili. 

Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır.

Son qeydiyyat tarixi: 28 avqust 2025-ci il, 21:00

Müraciət ünvanı: [email protected]

XƏBƏR LENTİ
05 IYUN 2026
Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Bütün Xəbərlər