Paytaxt müəllimləri təltif edildi

Paytaxt müəllimləri təltif edildi
03.10.2025 23:00 Elm və Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Nərminə Hüseynova cəmiyyətin aparıcı qüvvəsi olan təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

N.Hüseynova təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil işçisinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” və 92 təhsil işçisinin BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif olunduğunu qeyd edib.

Dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan N.Hüseynova ölkəmizdə təhsil işçilərinin, xüsusən də müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllim nüfuzunun artırılması, nüfuzlu təhsilverənlərin formalaşdırılması istiqamətində dövlətin təhsil siyasətinə uyğun olaraq məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, ölkəmizin intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərən təhsilverənlərə gələcək işlərində uğurlar arzulayıblar.

Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.

Sonra təltif olunmuş 46 təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

Pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə görə 92 təhsil işçisi BŞTİ tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Tədbirdə 2, 3, 5, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 Bütün Xəbərlər