Gürcüstana Azərbaycan dilində dərsliklər göndərildi

Gürcüstana Azərbaycan dilində dərsliklər göndərildi
15.10.2025 12:14 Elm və Təhsil

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəblərinə 2025-2026-cı tədris ili üçün dərsliklər göndərib.

TodayPress TV xəbər verir ki, 18 adda 21 179 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.

Vəsaitlərə I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri daxildir.

Təhvil-təslim prosesində Elm və Təhsil Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər