62 xarici tələbə Azərbaycanda təhsil alacaq

62 xarici tələbə Azərbaycanda təhsil alacaq
14.10.2025 12:25 Elm və Təhsil

2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş "Hökumətlərarası Təqaüd Proqramları" (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə TodayPress TV-yə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 23-ü Çin, 11-i Qazaxıstan, 4-ü Tacikistan, 4-ü Qırğızıstan, 20 nəfəri isə Somali vətəndaşlarıdır.

Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir. Proqram çərçivəsində əcnəbi tələbələr Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Xəzər Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial elmlər, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət elmləri, texniki və texnoloji ixtisaslar, eləcə də mədəniyyət və incəsənət istiqamətlərini əhatə edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Bütün Xəbərlər