Zelenski Səudiyyə Ərəbistanına səfər etdi

Zelenski Səudiyyə Ərəbistanına səfər etdi
26.03.2026 20:09 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizliyin gücləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri rəsmi “Telegram” kanalında məlumat yayıb.

O, Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişaf etdirilməsinin və planlaşdırılmış görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Prezidentin sözlərinə görə, Ukrayna qlobal təhlükəsizlik arzusunu bölüşən tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır:

"Biz dəstəyi yüksək qiymətləndiririk və təhlükəsizlik naminə bizimlə işləməyə hazır olanları dəstəkləyirik".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər