Zelenski dünyaya səsləndi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüş ərəfəsində beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında paylaşım edib.
“Putin dünyanın çağırışlarına məhəl qoymur, onun anlayacağı yeganə dil təzyiq dilidir”, – Zelenski qeyd edib.
Xatırladaq ki, 17 oktyabrda Donald Tramp Ağ Evdə Zelenski ilə görüşəcək.
Jalə Rövşən