Yaxın Şərqdə gərginlik pik həddə: İran ABŞ bazasına zərbə endirdi
İran Küveytdə yerləşən ABŞ hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, İranın “Press TV” kanalı hücum zamanı bazanın “əsas obyektlərindən” birinin vurulduğunu bildirib.
Hadisədən sonra ərazidə güclü tüstü buludlarının yarandığı iddia edilir.
Küveyt ordusu isə hava hücumundan müdafiə qüvvələrinin İranla əlaqəli raket və PUA hücumlarının qarşısını aldığını açıqlayıb.
Hazırda hücum nəticəsində ölən və yaralananların olub-olmaması, eləcə də bazaya dəymiş ziyanın miqyası barədə rəsmi məlumat yoxdur.
İranın “Tasnim” agentliyi də Küveytdə ABŞ hərbi bazalarının hücuma məruz qaldığını bildirib.
Türkan İsgəndərli