Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
14.08.2026 12:13 Dünya

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi avqustun 17-22-də Səudiyyə Ərəbistanı və Omana səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Səfər zamanı Yaxın Şərqdə gərginliyin azaldılması, Hörmüz və Bab-əl-Məndəb boğazlarında azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Həmçinin bir çox sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsi məsələsinin müzakirə olunması planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər