Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir

Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir
14.08.2026 10:30 Dünya

ABŞ Prezidenti Donald Tramp dronların və onların komponentlərinin idxalına 100 faizədək rüsum tətbiq edən fərman imzalayıb.

TodayPress TV  "İnterfaks"a istinadən xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, maksimum uçuş çəkisi 100 kiloqramdan çox olan dronların idxalına 100 faiz rüsum tətbiq ediləcək.

Uçuş çəkisi 25 kiloqram və ya daha az olan pilotsuz uçuş aparatları üçün isə 25 faiz tarif müəyyənləşdirilib. Həmçinin rüsuma cəlb ediləcək dron komponentlərinin siyahısı açıqlanıb.

Fərmana əsasən, ABŞ Ticarət Katibinə zərurət yarandığı halda dronlara əlavə tariflər tətbiq etmək səlahiyyəti verilib.

Tramp qərarı milli təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırıb. O, ABŞ şirkətlərinin ölkənin tələbatını ödəyəcək qədər dron istehsal etmədiyini və xarici təchizatdan asılılığın artdığını bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər