Onlarla PUA vuruldu, limanda yanğın çıxdı
Leninqrad vilayətində PUA hücumu nəticəsində Ust-Luqa limanında yanğın baş verib.
TodayPress TV Ukrayna KİV-ə istinadən xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, bölgə üzərində 51 PUA vurulub.
Son məlumata əsasən, məhv edilən pilotsuz təyyarələrin sayı 54-ə çatıb.
Drozdenko bildirib ki, hücum nəticəsində Ust-Luqa limanında yanğın aşkarlanıb və mütəxəssislər yanğının söndürülməsinə başlayıblar.
Bundan əvvəl vilayət rəhbəri 37 Ukrayna PUA-sının məhv edildiyini açıqlamışdı.
Hücum fonunda Sankt-Peterburqdakı Pulkovo hava limanı saat 03:03-dən etibarən uçuşların qəbuluna məhdudiyyətlərlə keçib.
Qeyd edilib ki, bu, ilin əvvəlindən Ust-Luqaya edilən ən azı altıncı PUA hücumudur. Bundan əvvəl liman martın 22-si, 25-i, 29-u və 31-i, həmçinin iyulun 6-da hücuma məruz qalıb. Əvvəlki hücumlar zamanı limandan neft və neft məhsullarının daşınması müvəqqəti dayandırılıb.
Jalə Rövşən