Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi

Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi
14.08.2026 08:34 Dünya

Avqustun 10-da Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində azı 281 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə yerli "Blu Radio" radiostansiyası məlumat yayıb.

3 971 nəfər xəsarət alıb, 379 nəfər isə itkin düşmüş hesab olunur. Ən çox ölüm faktı Kali şəhərində qeydə alınıb, burada 96 nəfər təbii fəlakətin qurbanı olub.

Zəlzələ ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.

Bundan əvvəl zəlzələ nəticəsində 273 nəfərin həlak olduğu bildirilmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər