Mourinyonun “Real”da uğur şansı dəyərləndirildi

Mourinyonun “Real”da uğur şansı dəyərləndirildi
14.08.2026 09:06 İdman

“Ufa” və Volqoqradın “Rotor” klubunun sabiq futbolçusu Aleksey Nikitin Madrid “Real”ının yeni baş məşqçisi Joze Mourinyonun komandadakı fəaliyyəti ilə bağlı gözləntilərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Matç TV” məlumat yayıb. 

Nikitin hesab edir ki, portuqaliyalı mütəxəssis həm mürəkkəb kollektivdə atmosferi qorumağı, həm də müəyyən hallarda lazımsız münaqişələrə səbəb olmağı bacaran fərqli məşqçidir.

“Joze unikal məşqçidir. O, həm çətin kollektivdə atmosferi qorumağı, həm də özü lazımsız münaqişələri alovlandırmağı bacarır. Onun hazırkı heyəti dünya yığmasına bənzəyir. “Real”ın bütün ulduzlarını meydana necə yerləşdirməyin mümkün olduğunu təsəvvür etmirəm. Lakin komanda Rodri ilə razılığa gələ bilmədi və bu heyətə meydanda oyunu idarə edən futbol beyni lazımdır.

Əminəm ki, Mourinyo bütün liderlərlə ümumi dil tapacaq. Amma komandanın oyununu dərhal möhtəşəm səviyyəyə çatdıracağını düşünmürəm. Xüsusilə də mövsümün əvvəlində. Mən ağır keçən matçlarda çətin qələbələr gözləyirəm”, – deyə Nikitin bildirib.

Qeyd edək ki, Mourinyo 2026-cı ilin iyununda Madrid “Real”ının baş məşqçisi təyin olunub. Portuqaliyalı mütəxəssislə müqavilə 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər