ABŞ İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə uzada bilər

ABŞ İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə uzada bilər
14.08.2026 09:18 Dünya

ABŞ İranla bağlı iqtisadi və hərbi təzyiqləri artırmaq niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, müdafiə naziri Pit Heqsetin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı tətbiq edilən dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirmək üçün kifayət qədər imkanlara malikdir.

O bildirib ki, ABŞ regiondakı hərbi gəmiləri rotasiya etməklə blokadanı uzun müddət saxlaya bilər.

ABŞ-nin maliyyə naziri Skott Besant isə İrana qarşı yeni maliyyə tədbirlərinin hazırlanmaqda olduğunu deyib. Onun sözlərinə görə, yeni sanksiyalar gələn həftə açıqlanacaq və misli görünməmiş iqtisadi təzyiq yaradacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər