Finlandiya uçuş qadağasını aradan qaldırdı

Finlandiya uçuş qadağasını aradan qaldırdı
14.08.2026 10:43 Dünya

Finlandiya hakimiyyəti Finlandiya körfəzinin şərq hissəsində mülki aviasiya uçuşlarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məhdudiyyətlər Bakı vaxtı ilə saat 05:00-da qüvvəyə minib. Qadağanın əvvəlcə saat 08:00-dək davam etməsi nəzərdə tutulsa da, sonradan müddəti uzadılıb.

Finlandiya son həftələrdə Finlandiya körfəzinin şərq hissəsində uçuş və gəmi hərəkətinə bir neçə dəfə müvəqqəti məhdudiyyət tətbiq edib. Avqustun əvvəlində də oxşar tədbirlər görülmüş və məhdudiyyətlər təhlükəsizlik məqsədi ilə tətbiq edilmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər