Hörmüz boğazında gərginlik: İki tankerə hücum edildi

Hörmüz boğazında gərginlik: İki tankerə hücum edildi
14.08.2026 12:00 Dünya

BƏƏ-nin Milli Neft Şirkətinə (ADNOC) məxsus iki tanker Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, "WAM" agentliyinin şirkətə istinadən yaydığı məlumata görə, hər iki gəmi boğazdan keçid zamanı hədəfə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və vəziyyət hazırda nəzarət altındadır. Hücumun kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.

Hadisə ABŞ Prezidenti Donald Trampın bir gün əvvəl ABŞ ordusunun Hörmüz boğazına tam nəzarət etdiyini açıqlamasından sonra baş verib.

Tramp həmçinin İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini və ölkədə vəziyyətin getdikcə pisləşdiyini iddia edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər