Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir

Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir
14.08.2026 12:25 Dünya

Türkiyə nüvə enerjisi sahəsində öz texnologiyalarını müstəqil şəkildə inkişaf etdirə bilən ölkəyə çevrilməyi hədəfləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar məlumat verirb.

Onun sözlərinə görə, Ankara xüsusilə kiçik modul reaktorların (SMR) inkişafına böyük əhəmiyyət verir. O, SMR-ləri nüvə enerjisinin “ikinci dövrü” adlandırıb.

Bayraktar bildirib ki, Türkiyənin mühəndislik potensialı bu texnologiyaları inkişaf etdirmək üçün kifayətdir və hazırda bu istiqamətdə ciddi işlər aparılır.

Qeyd edək ki, Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunun yaxın aylarda elektrik enerjisi istehsalına başlaması gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər