ABŞ xarici hakerlərə hücum edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici kibercinayətkarlara qarşı əməliyyatlar aparmaq üçün özəl şirkətləri cəlb etməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Yeni proqram çərçivəsində yoxlanılmış şirkətlər ABŞ hökumətinin nəzarəti altında xarici cinayətkar qrupları izləyə və onların şəbəkələrini pozmaq üçün kiber alətlərdən istifadə edə biləcəklər.
Proqramın əsas hədəfi hər il amerikalılara milyardlarla dollar ziyan vuran xarici kibercinayətkar qruplardır. Söhbət dövlətlərdən deyil, cinayətkar şəbəkələrdən gedir.
Trampın memorandumunda ABŞ biznesinin texnoloji imkanlarından kibercinayətkarlıqla mübarizədə indiyədək kifayət qədər istifadə edilmədiyi qeyd olunur.
Türkan İsgəndərli
TodayPress TV