Nkunkunun “Milan” macərası bitir: Klub futbolçunu yola salır!
“Milan” klubu fransalı hücumçu Kristofer Nkunku ilə yollarını ayırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, “Milan” Nkunkunu komanda ilə məşqlərə buraxmamaq barədə futbolçunu məlumatlandırıb. 28 yaşlı hücumçu həm icarəyə verilə, həm də birdəfəlik transfer oluna bilər.
Artıq İtaliyadan və digər ölkələrdən bir sıra klublar Nkunkunun agentləri ilə danışıqlar aparır.
Qeyd edək ki, Kristofer Nkunku 2025/2026-cı illər mövsümündə İtaliya A Seriyasında 32 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, İtaliya Kubokunda isə meydana çıxdığı 2 matçda 1 qolla yadda qalıb.
Namiq HUN
TodayPress TV