Moskvanın bütün hava limanları bağlandı
Moskvanın bütün hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
TodayPress TV "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumatına görə, Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında təyyarələrin uçuş və enişlərinə məhdudiyyət qoyulub.
Qərarın təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edildiyi bildirilib.