Xameneinin səhhəti pisləşdi - İDDİA
İranın ali rəhbəri Müctəba Xameneinin səhhətinin ağırlaşdığı iddia edilir.
TodayPress TV xəbər verir ki, bu barədə qərb mətbuatı yazıb.
Mediada yayılan məlumata görə, onun son dərəcə ağır vəziyyətdə olduğu və istənilən an vəfat edə biləcəyi bildirilir. Pezeşkian kabinetinə yaxın bir mənbə isə, indiyə qədər heç bir kabinet üzvünün Müctəba Xamenei ilə görüşmədiyini təsdiqləsə də, onun fiziki vəziyyətinin pis olduğunu deyib.