Ukraynada zəlzələ qeydə alındı
Fevralın 8-də Ukraynanın Poltava bölgəsində Rixter şkalası üzrə 3,0 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Dövlət Kosmik Agentliyinin Xüsusi Monitorinq Baş Mərkəzinin saytında məlumat verilib.
Nəşr bildirir ki, zəlzələ təxminən saat 14:33-də (Bakı vaxtı ilə 15:33) baş verib və episentri təxminən 9 km dərinlikdə yerləşib. Mərkəz əlavə edib ki, zəlzələ təsnifatına görə çətinliklə nəzərə çarpandır.
Jalə Rövşən