Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat

Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat
13.08.2026 18:31 Dünya

Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının hərbi ittifaqı yalnız müdafiə məqsədi daşıyır və hər hansı ölkəyə, yaxud ölkələr qrupuna qarşı yönəlməyib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Faysal Niyaz Tirmizi "TASS"a bildirib.

Onun sözlərinə görə, ittifaqın bütün iştirakçıları sabitlik, sülh və xalqlar arasında əməkdaşlığın tərəfdarıdır:

"Bu müqavilə müdafiə xarakteri daşıyır. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı sülh və sabitliyin, xalqlar arasında əlaqələrin və əməkdaşlığın tərəfdarıdır. Bu ittifaq hər hansı ölkəyə qarşı yönəlməyib".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər