Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var
Yəməndə husilər hökumət qüvvələrinə növbəti dəfə dron hücumu həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Hücum ölkənin Hadramut bölgəsində yerləşən əl-Abr qəsəbəsinə edilib. Hadisə nəticəsində hökumət qüvvələrinin iki hərbçisi ölüb, 15 nəfər isə yaralanıb.
Qeyd edək ki, Yəmənin paytaxtı Sənaya nəzarət edən husilər hökumət qüvvələrini Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ittiham edir.
Türkan İsgəndərli
TodayPress TV