Husilərdən Səudiyyəyə növbəti zərbə: "Saudi Aramco" PUA ilə vuruldu

Husilərdən Səudiyyəyə növbəti zərbə: "Saudi Aramco" PUA ilə vuruldu
13.08.2026 19:39 Dünya

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun Cizan şəhərində yerləşən neft emalı zavoduna iki pilotsuz uçuş aparatı ilə zərbə endiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "SABA" informasiya agentliyi məlumat yayıb.

"Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur - red.) Cizan bölgəsində yerləşən Aramco şirkətinin neft emalı zavoduna iki pilotsuz uçuş aparatı vasitəsilə hücum etməyə nail olub, zərbə dəqiq olub", - deyə agentlik mənbənin sözlərini sitat gətirib.

Məlumata görə, hücum Səudiyyə Ərəbistanının Səada və Həccə vilayətlərində Yəmənin "hava məkanını və suverenliyini pozmasına" cavab olaraq həyata keçirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər