Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı

Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı
13.08.2026 21:05 Dünya

Yaxın Şərqdə "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisindəki pis şəraitlə bağlı məlumatlar tamamilə təhrif edilib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Panamaya səfəri zamanı jurnalistlərə bildirib.

"Biz hər bir gəminin, hər bir ekipajın, hər bir kapitanın hər an təmin edə biləcəyimiz hər şeyə sahib olması üçün çalışırıq. Bəzi xidmətlər digərlərindən daha uzun çəkir və mən həmin dənizçilərə hamıdan çox hörmət və minnətdarlıq bəsləyirəm. Onların açıq dənizdə, çətin şəraitdə, limanlara daha az girişlə gördükləri iş inanılmazdır", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ senatoru Riçard Blumental 250 gündən çoxdur dənizdə qalan təyyarədaşıyan gəmidəki şəraitlə bağlı P. Heqsetdən və ABŞ Hərbi Dəniz Qüvvələrinin fəaliyyətdə olan katibi Hünq Kaodan cavab tələb edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər