Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI
13.08.2026 03:00 Dünya

Kolumbiyada avqustun 10-da baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 239-a yüksəlib.

TodayPress TV xəbər verir ki, yaralananların sayı 3 755-ə, itkin düşənlərin sayı isə 287-yə çatıb.

Zəlzələnin 14 departamentdəki 403 yaşayış məntəqəsinə təsir etdiyi, ümumilikdə 24 324 ailənin - 49 214 nəfərin fəlakətdən zərər çəkdiyi bildirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər