Yaponiyada dəhşətli leysan! - VİDEO
Yaponiyada güclü leysan yağışları səbəbindən 170 mindən çox sakinə təcili təxliyə göstərişi verilib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatında bildirilib.
Bəzi şəhərlərdə küçələrdə suyun səviyyəsinin təxminən 20 santimetrə çatdığı, yağıntının intensivliyinin isə saatda 110 millimetr olduğu qeyd edilib.
Hakimiyyət orqanları əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə və təxliyə göstərişlərini nəzərə almağa çağırır.