Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin...

Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin...
13.08.2026 18:22 Dünya

"Rusiya bazarına tədarükün bərpasının şərtləri Ermənistandan ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, onlara dair məcburi tələblərin yerinə yetirilməsidir".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

"Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarükün izlənilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərin tətbiq olunduğu malların idxalının bərpası üçün ən mühüm şərtdir", - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, bu məsələ Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində baş tutan, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında keçirilən görüşdə müzakirə edilib.

Xatırladaq ki, Ermənistandan gətirilən məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair iradlara görə, "Rosselxoznadzor" mayın 22-dən güllərin, mayın 30-dan təzə pomidor, xiyar, bibər, göyərti bitkilərinin və çiyələyin, iyunun 2-dən çəyirdəkli meyvə bitkilərinin və təzə üzümün, iyunun 3-dən tumlu meyvə bitkilərinin tədarükünə, iyunun 12-dən isə bütün karantin altındakı məhsulların idxalına qadağa qoyub. Bundan əlavə, iyunun 2-dən Rusiyaya ixrac üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılması dayandırılıb, iyulun 27-dən isə süd məhsullarının idxalı məhdudlaşdırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər