Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək?

Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək?
13.08.2026 17:35 İdman

“Red Bull” komandası “Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappenə yaxşılaşdırılmış şərtlərlə beşillik yeni müqavilə təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə almaniyalı jurnalist Ralf Bax öz mənbələrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, “Red Bull” Ferstappenin komandada uzun müddət qalmasını istəyir və niderlandlı pilota yeni beşillik müqavilə, eləcə də yüksək maliyyə şərtləri təklif edib.

Bununla belə, Ferstappen təklifi qəbul etsə belə, müqaviləni vaxtından əvvəl ləğv etmək imkanından imtina etmək niyyətində deyil. Baxın sözlərinə görə, pilot hazırda müqaviləsini yalnız bir il uzadaraq 2027-ci ildə də “Red Bull”da qalmağa daha çox meyllidir.

Ferstappen komandanın texniki inkişafının necə davam edəcəyini və Adrian Nyui-nin varisinin hazırladığı bolidin nəticələrini görmək istəyir. Niderlandlı pilot “Red Bull”un ona yarışlarda qalib gəlmək və çempionluq uğrunda mübarizə aparmaq imkanı verəcək bolid hazırlaya bilib-bilməyəcəyini gözləyir.

Əgər komandanın performansı onu qane etməsə, Ferstappen 2027-ci ilin sonunda “Formula-1”də karyerasını davam etdirib-etdirməyəcəyinə və “Red Bull”dan ayrılıb-ayrılmayacağına qərar verə bilər.

krincə, belə bir vəziyyətdə Ferstappen üçün “Mercedes”, “McLaren” və hətta “Ferrari” variantları mümkün ola bilər. Niderlandlı pilot hazırda hadisələrin necə inkişaf edəcəyini gözləməyə üstünlük verir.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər