İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu!

İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu!
13.08.2026 16:50 İdman

2027-ci il İspaniya Superkuboku Türkiyənin İstanbul şəhərində keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

Turnirin qalibi uğrunda Madridin “Real” və “Atletiko”, həmçinin “Barselona” və “Real Sosyedad” klubları mübarizə aparacaq. Qarşılaşmalar təxminən 75 min tamaşaçı tutumuna malik “Atatürk Olimpiya” stadionunda keçiriləcək.

Turnir 2-7 fevral tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, ötən mövsüm İspaniya Superkubokunun qalibi “Barselona” klubu olub. Kataloniya təmsilçisi yarımfinalda Bilbao “Atletik”ini 5:0 hesabı ilə məğlub edib, finalda isə Madrid “Real”ına 3:2 hesabı ilə qalib gəlib.

“Barselona” son iki Superkubok turnirin qalibi adını qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər