Türkiyədə turist gəmisi yandı - 115 nəfər...

Türkiyədə turist gəmisi yandı - 115 nəfər...
13.08.2026 16:11 Dünya

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turistləri daşıyan tur gəmisində güclü yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Life.ru" məlumat yayıb.

Məlumata görə, hadisə Katrancı körfəzində baş verib. Yanğın gəminin mətbəxində başlayıb və qısa müddətdə digər hissələrə yayılıb.

Hadisə zamanı gəmidə 115 nəfər olub. Alovun sürətlə yayılmasından sonra sərnişinlər xilasetmə jiletləri geyinərək dənizə tullanmağa başlayıblar. Sahil Mühafizəsinin əməkdaşları bütün sərnişinləri sudan çıxararaq təhlükəsiz şəkildə limana çatdırıblar.

İki nəfər tüstüdən zəhərlənmə səbəbilə xəstəxanaya aparılıb. Digər sərnişinlərin isə tibbi yardımdan imtina etdiyi bildirilib.

Yanğın nəticəsində gəminin tamamilə yandığı qeyd olunur. Hadisənin səbəbləri araşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər