Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi

Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi
13.08.2026 16:51 Dünya

Fransada rekord isti hava dalğalarının iqtisadi zərərinin 10-15 milyard avro arasında olduğu təxmin edilir.

TodayPress TV xəbər verir ki, “Politico”nun məlumatına görə, Fransanın Ekoloji Keçid naziri Monique Barbut isti havanın ölkənin ÜDM-nin təxminən 0,5 faizinə başa gələ biləcəyini bildirib.

Nazir bu rəqəmin ilkin qiymətləndirmə olduğunu və ehtiyatla yanaşılmalı olduğunu qeyd edib. Temperaturun yüksək olaraq qalması zərərin daha da artmasına səbəb ola bilər.

Ən böyük itkilərin meşə yanğınları və kənd təsərrüfatında məhsuldarlığın azalması ilə bağlı olduğu bildirilir.

Barbut xəbərdarlıq edib ki, iqlim dəyişikliyinin təsirlərinin qarşısını almaq üçün tədbirlər görülməzsə, belə iqtisadi itkilər gələcəkdə daha da arta bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər