Türkiyə nümayəndə heyəti görüş yerinə gəldi

Türkiyə nümayəndə heyəti görüş yerinə gəldi
16.05.2025 11:39 Dünya

Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə bu gün İstanbulda keçiriləcək danışıqlara ev sahibliyi edən Türkiyə görüş üçün son hazırlıqları tamamlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Məlumata görə, danışıqlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iş ofisində baş tutacaq. Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan rəhbərlik edir. O, tədbir yerinə zirehli avtomobillə gəlib.

Agentliyin məlumatına görə, danışıqların keçiriləcəyi ərazidə təxminən 100 jurnalist toplaşıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər