Türk ordusu NATO-nun təlimində iştirak edəcək
Türkiyə Silahlı Qüvvələri NATO-nun ən genişmiqyaslı təlimi olan "Steadfast Dart 2026"da iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə yerli istehsal olan silah sistemləri nümayiş etdiriləcək.
Qeyd edək ki, "Steadfast Dart 2026" təlimində səkkiz müxtəlif müttəfiq ölkədən təxminən 10.000 əsgər iştirak edəcək.