Türk ordusu Livana gedir - Ərdoğan açıqladı

Türk ordusu Livana gedir - Ərdoğan açıqladı
30.07.2026 23:35 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın cənubunda fəaliyyət göstərən BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatının başa çatmasından sonra Ankara təhlükəsizlik təşəbbüslərində iştirak etməyə hazır olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Ərdoğan bu barədə Livan Prezidenti Cozef Aunla keçirdiyi birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, UNIFIL missiyasının başa çatması mühüm hadisə olacaq:

“Mövcud beynəlxalq qüvvələr bölgədən çıxarıldıqdan sonra biz Türkiyə olaraq regionda təhlükəsizliyin dəstəklənməsinə və Livanın suverenliyinin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslərdə iştirak etmək istəyirik. Eyni zamanda, təhlükəsizlik sahəsində Livan Silahlı Qüvvələrinə dəstəyimizi davam etdirəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər