Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ilkin məlumatlara görə, Rusiya Ukraynaya qarşı Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə edib.
TodayPress TV xəbər verir ki, Zelenski ölkəsinin hazırda ən böyük ehtiyacının hava hücumundan müdafiə sistemləri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya xüsusilə Patriot, NASAMS və IRIS-T hava hücumundan müdafiə raket sistemləri lazımdır.
Zelenski qeyd edib ki, bu sistemlərin təmin edilməsi ölkənin hava hücumlarından müdafiə imkanlarının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.