"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ

"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ
31.07.2026 00:52 İdman

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, Sofiyadakı "Vasil Levski" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb - 0:0.

Bakıda keçirilən ilk görüş də qolsuz heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin hər biri 15 dəqiqədən ibarət iki hissədə də hesab dəyişməyib və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

Onbirmetrlik cərimə zərbələrində daha dəqiq oynayan Bolqarıstan təmsilçisi 5:4 hesablı qələbə qazanaraq UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Bununla da "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda bu raundda Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.

00:39

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda əlavə vaxt bitib.

TodayPress TV xəbər verir ki, hesab açılmayıb və penaltilər seriyası olacaq.

00:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk əlavə vaxt başlayıb.

22:04

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər