Trampın doğumla vətəndaşlıq siyasətinə növbəti zərbə: Məhkəmə fərmanı dayandırdı

Trampın doğumla vətəndaşlıq siyasətinə növbəti zərbə: Məhkəmə fərmanı dayandırdı
03.09.2026 10:25 Dünya

ABŞ-də Prezident Donald Trampın “doğum turizmi”ni məhdudlaşdırmağa yönəlmiş fərmanının icrası müvəqqəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, Merilend ştatındakı federal rayon məhkəməsi Vaşinqton administrasiyasına fərmanın bir sıra əsas müddəalarını həyata keçirməməyi tapşırıb.

Tramp avqustun əvvəlində imzaladığı fərmanla xarici vətəndaşların övladlarının ABŞ vətəndaşlığı əldə etməsi məqsədilə ölkəyə gəlməsinin qarşısını almağı hədəfləyib.

Məhkəmənin qərarı hələ yekun deyil. İş miqrantların hüquqlarını müdafiə edən təşkilatların iddiası əsasında araşdırılır.

Məhkəmə fərmanın ABŞ Ali Məhkəməsinin daha əvvəlki qərarı ilə ziddiyyət təşkil etdiyini bildirib. Ali Məhkəmə iyunda Trampın ABŞ-də doğulan uşaqlara vətəndaşlıq verilməsini məhdudlaşdırmağa yönəlmiş əvvəlki fərmanının icrasını məhdudlaşdırmışdı.

ABŞ-də doğumla vətəndaşlıq hüququ Vətəndaş müharibəsindən sonra qəbul edilən Konstitusiyaya 14-cü Düzəlişlə təsbit olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər