Tramp İranın Amerika qırıcı təyyarəsini vurması ilə bağlı ilk açıqlamasını verdi
ABŞ Prezidenti Donald Tramp ilk dəfə İranın Amerika “F-15” qırıcı təyyarəsini vurması ilə bağlı şərh verib.
TodayPress TV xəbər verir ki, bu barədə “NBC news” məlumat yayıb.
Tramp Amerika qırıcı təyyarəsinin vurulmasından sonra İranda aparılan axtarış-xilasetmə işlərinin təfərrüatlarını müzakirə etməkdən imtina edib.
Eyni zamanda, lider Amerika təyyarəsi ilə bağlı insidentin İranla aparılan danışıqlara təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb:
"Xeyr, qətiyyən yox. Bu müharibədir. Biz müharibə vəziyyətindəyik", - deyə o qeyd edib.
Aysel Mətləb