Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi

    Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi
13.08.2026 23:06 Dünya

ABŞ Prezidenti Donald Tramp “de minimis” sisteminin ləğvini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında paylaşım edib.

Tramp bildirib ki, bu mexanizm çərçivəsində xarici ölkələrdən ABŞ-yə 800 dollara qədər dəyəri olan bağlamalar rüsumsuz və daha az gömrük nəzarəti ilə göndərilirdi.

Onun sözlərinə görə, sistem illər ərzində gömrük rüsumlarından milyardlarla dollar gəlirin itirilməsinə, həmçinin narkotik və saxta məhsulların ölkəyə keçirilməsinə imkan yaradıb. Tramp yalnız 2024-cü ildə “de minimis” mexanizminin ABŞ-yə təxminən 10,8 milyard dollar gömrük gəlirinə başa gəldiyini bildirib.

Prezident əlavə edib ki, idxalçılar qərara qarşı məhkəməyə müraciət etsələr də, məhkəmə onun bu sistemi ləğv etmək hüququna malik olduğunu təsdiqləyib.

Tramp qərarın ABŞ işçilərini daha yaxşı qoruyacağını və gömrük gəlirlərinin ölkənin müxtəlif xərclərinin maliyyələşdirilməsinə yönəldilə biləcəyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər