Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!”

Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!”
14.08.2026 00:19 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanı 2025-ci ilin mayında baş verən qarşıdurmaları xatırladaraq sərt şəkildə xəbərdar edib.

TodayPress TV xəbər verir ki, Şərif Pakistanın silahlı qüvvələrinin feldmarşal Asim Munirin rəhbərliyi ilə Hindistana qarşı “düşməni məğlub etdiyini” bildirib.

O qeyd edib ki, Pakistan sülh tərəfdarıdır, lakin ölkənin suverenliyi və təhlükəsizliyi təhdid olunacağı təqdirdə cavab “2025-ci ilin mayından daha sarsıdıcı və güclü” olacaq.

Şərif Hindistanın İndus Suları Müqaviləsini birtərəfli qaydada dayandırmasını da tənqid edib:

“Pakistanın hər bir su damlası bizim qırmızı xəttimizdir. Hindistan ağlını başına yığmasa, birbaşa cavab veriləcək”.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər