Tokayev Zelenski ilə görüşdü

Tokayev Zelenski ilə görüşdü
23.09.2025 10:36 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşüblər.

TodayPress TV xəbər verir ki, görüş zamanı Tokayev Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinin vacibliyini vurğulayıb. 

O bildirib ki, çətin vəziyyətə baxmayaraq, münaqişəyə son qoymaq üçün diplomatik səylər davam etməlidir.

Prezidentlər həmçinin Qazaxıstan və Ukrayna arasında iqtisadi və humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, avqust ayında iki lider arasında telefon danışığı da olub. Tokayev həmin vaxt Ukraynanın dövlətçiliyinin qorunmasının beynəlxalq təhlükəsizlik zəmanətlərinə əsaslanmalı olduğunu söyləmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər