Tehran raket taktikasını dəyişdi: 1500 kilometr məsafədə ABŞ mərkəzini vurdu
Norveç Hərbi Araşdırmalar İnstitutu İranın bu səhər İordaniyada yerləşən hərbi obyektə endirdiyi zərbə ilə bağlı qiymətləndirmə yayıb.
TodayPress TV xəbər verir ki, institutun iddiasına görə, İran təxminən 1500 kilometr məsafədə yerləşən, ABŞ ordusu və İordaniya Hərbi Hava Qüvvələrinə xidmət göstərən operator mərkəzini, eləcə də xüsusi idarəetmə mərkəzini yüksək dəqiqliklə hədəfə alıb.
Bildirilir ki, raket birbaşa hədəfə dəyib.
Qiymətləndirmədə qeyd olunur ki, bu hadisə İranın atəşkəs dövründə raket potensialını təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından inkişaf etdirdiyini göstərir. İnstitutun fikrincə, Tehran əvvəlki dövrlərlə müqayisədə daha az raketdən istifadə etsə də, onları daha yüksək dəqiqliklə tətbiq edir.
Məlumata görə, İordaniyada vurulduğu iddia edilən hərbi mərkəzin inşası üç il davam edib. Qeyd edək ki, bu məlumatlar Norveç Hərbi Araşdırmalar İnstitutunun qiymətləndirməsinə əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Nicat Osmanlı