Suriya 7 milyard dollarlıq enerji sazişi imzaladı
Suriya xarici şirkətləri təmsil edən konsorsiumla 7 milyard dollar dəyərində enerji müqaviləsi imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Bildirilib ki, şirkətlər Qətər, Türkiyə və ABŞ-dəndir.
Razılaşma bu gün Dəməşqdə ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak və ölkənin keçid dövrü prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanıb.
Razılaşmanın Suriyanın enerji istehsalını təxminən 5 min meqavat saat artıracağı gözlənilir.
Töhfə Səməd