SON DƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı - VİDEO

SON DƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı - VİDEO
13.07.2026 16:03 Dünya

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

TodayPress TV xəbər verir ki, bu qərara əsasən, Böyük Britaniya ərazisində SEPAH-a üzv olmaq, onun toplantılarında iştirak etmək və ya təşkilatın rəmzlərini ictimai yerlərdə nümayiş etdirmək cinayət məsuliyyəti yaradacaq.

Qeyd edək ki, SEPAH artıq Böyük Britaniyanın sanksiyalar siyahısındadır. Qurum 1979-cu il İslam İnqilabından sonra yaradılıb və fəaliyyətə başladığı vaxtdan etibarən İranın Ali Liderinə tabe olan elit hərbi qüvvə kimi fəaliyyət göstərir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər