SON DƏQİQƏ: Rusiya bombalamağa başladı, Polşa sərhədi boşaltdı

SON DƏQİQƏ: Rusiya bombalamağa başladı, Polşa sərhədi boşaltdı
25.09.2026 17:08 Dünya

Polşa Rusiyanın Ukraynaya zərbələri fonunda iki sərhəd-keçid məntəqəsini təxliyə edib.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın ərazilərinə endirdiyi zərbələrdən sonra Polşanın Zosin və Dorohusk sərhəd-keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Məntəqələrdə fəaliyyət müvəqqəti dayandırılıb və insanlar ərazidən təxliyə edilib.

Polşa Baş naziri Donald Tusk bildirib ki, qərar Ukraynanın Polşa sərhədinə yaxın ərazilərinə Rusiyanın hücumu ilə əlaqədar qəbul edilib. Daha sonra hər iki keçiddə hərəkət bərpa olunub.

Qeyd edilib ki, bundan əvvəl də Polşa Rusiya zərbələri zamanı hərbi aviasiyanı və hava hücumundan müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.

Polşa ordusu belə hallarda qırıcıların havaya qaldırıldığını, radar və hava hücumundan müdafiə bölmələrinin fəaliyyətinin gücləndirildiyini açıqlayıb.

Varşava, həmçinin Ukrayna ilə sərhəddəki bir sıra keçidlərdə təhlükəsizlik tədbirlərini sərtləşdirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər