Sibir sakinləri Rusiyadan imtina edir: "Bizə Moskva yox, Asiya lazımdır" - VİDEO
Rusiyanın Sibir bölgəsində yaşayan bir qadının səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.
TodayPress TV xəbər verir ki, qadın Moskva ilə heç bir bağlılıqlarının olmadığını deyib.
"Moskva Sibirdən 6 min kilometr məsafədə yerləşir. Buradakı insanlar niyə paytaxtda baş verənlərlə maraqlansın?" – deyə o bildirib.
Onun sözlərinə görə, Sibir inkişaf baxımından Asiya istiqamətini seçmək istəyir və Çin daha cəlbedici görünür.
"Biz Asiyanın inkişaf yolu ilə getmək istəyirik. Çin bizim üçün daha maraqlıdır. Bizə sizin slavyanpərəstliyiniz lazım deyil. Bizə Rusiya da lazım deyil", – deyə qadın vurğulayıb.
Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Jalə Rövşən