“Çelsi”dən sürpriz transfer: 35 yaşlı Uelbek geri döndü
Denni Uelbek “Çelsi” ilə 2028-ci ilədək müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Çelsi” klubu 35 yaşlı futbolçunun transferi ilə bağlı “Brayton”la tam razılıq əldə edib. Uelbek London təmsilçisi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Bildirilir ki, təcrübəli hücumçu şəxsi müqaviləsinin bütün şərtlərini də razılaşdırıb. Növbəti mərhələdə o, tibbi müayinədən keçəcək. Bundan sonra transferin rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Mənbənin məlumatına əsasən, “Brayton” futbolçunun rəsmi transfer tələbindən sonra onun komandadan ayrılmasına razılıq verib.
Qeyd edək ki, Denni Uelbek “Mançester Yunayted” akademiyasının yetirməsidir. O, karyerası ərzində “Arsenal”, “Uotford” və digər klubların da formasını geyinib. Hücumçu 2020-ci ildən “Brayton”da çıxış edirdi. O, ötən mövsüm 40 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN