Kataloniya cazibəsi: Romero “Barselona” üçün qərarını dəyişdi
Kristian Romero “Barselona” istəyi səbəbilə “İnter”lə danışıqları dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” nəşri sosial şəbəkədə məlumat yayıb.
“Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romero futbolçu karyerasını “Barselona”da davam etdirmək istəyir və Kataloniya təmsilçisinə keçidi ən cəlbedici variant hesab edir.
Məlumata görə, argentinalı futbolçunun agentləri də düşünürlər ki, yay transfer pəncərəsinin bağlanmasına yaxın “Barselona” müdafiəçini heyətinə qatmaq üçün ciddi addımlar ata bilər.
“İnter” artıq Romero ilə bağlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb və mümkün transferi müzakirə edib. Lakin müdafiəçi Milan təmsilçisinin təklifini qəbul etməyə tələsmir. Hazırda “Barselona”dan rəsmi təklif daxil olmayıb.
Qeyd edək ki, 28 yaşlı Kristian Romeronun “Tottenhem”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında müdafiəçinin bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Namiq HUN